AZ

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Pekin, 8 fevral, AZƏRTAC

Tailandda növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermə prosesi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tailandın Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Baş nazir Anutin Çarnvirakulun rəhbərlik etdiyi mühafizəkar “Bhumcaytay” Partiyası liderlik edir. Səslərin 25 faizinin nəticələrinə əsasən, mühafizəkar partiya 500 yerlik parlamentdə 100 yer, islahatçı Xalq Partiyası isə 90-dan az yer qazanıb. Ehtimallara görə, “Bhumcaytay” Partiyası Nümayəndələr Palatasında 150 yer qazana bilər. Mühafizəkarların təkbaşına hökuməti qurmaq üçün tələb olunan 251 yeri qazanması real görünmədiyi üçün koalisiya qaçılmazdır.

İlkin nəticələr ilə yanaşı, 3 rəy sorğusundan ikisi “Bhumcaytay” Partiyasının, biri isə Xalq Partiyasının qalib gəldiyini göstərir.

Qeyd edək ki, fevralın 8-də Tailandda parlamentin Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə keçirilib. Baş nazir Anutin Çarnvirakulun mühafizəkar “Bhumcaytay” partiyası müxalif Xalq və “Pheu Tailand” partiyalarına qarşı mübarizə aparıb. Parlament seçkisi ilə yanaşı, yeni konstitusiyasının hazırlanmasına ölkə vətəndaşlarının rəyini öyrənmək üçün referendum da keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
2
azertag.az

3Mənbələr