AZ

Rusiya və Oman İran-ABŞ dialoqunu dəstəkləyir

BAKI, 8 fevral. TELEQRAF

Rusiya və Oman İran və ABŞ arasında danışıqlar prosesinin davam etdirilməsinə dəstək göstərməyin vacibliyi barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiya xarici işlər naziri Sergey Lavrovla Omanın xarici işlər naziri Bədr bin Hamud əl-Busaidi arasında telefon danışığından sonra verilən açıqlamada bildirilib.

Söhbət zamanı tərəflər, Oman vasitəçiliyi ilə Maskat şəhərində keçirilmiş İran və ABŞ nümayəndələrinin dolayı danışıqlarını nəzərə alaraq, regiondakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, hər iki ölkə danışıqların davam etdirilməsinə kömək göstərməyin vacibliyinə dair ümumi fikirə sahibdir. Bu, həm silahlı qarşıdurmanın qarşısını almağa, həm də regionda sabitliyi gücləndirməyə xidmət edəcək.

Seçilən
69
teleqraf.com

1Mənbələr