AZ

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb

Bakı, 8 fevral, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandası futbolçusu Anderson Talişka ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Anderson Talişka 2025-ci ilin yanvar ayından "Fənərbağça"da çıxış edir.

Seçilən
75
7
azertag.az

8Mənbələr