AZ

Azərbaycan cüdoçuları Parisdə 3 medal qazandılar

Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan idmançılarından biri mükafatçılar sırasına düşüb.

81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Çkayev dörd görüşdə qələbə qazandıqdan sonra finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Yuhei Onoya uduzaraq, gümüş medal alıb.

Beləliklə, Azərbaycan komandası Böyük Dəbilqə turnirini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Balabəy Ağayev qızıl, Ruslan Paşayev isə bürünc mükafata layiq görülüblər.

Seçilən
112
msport.az

1Mənbələr