AZ

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından “İki sahil”ə verilən məlumata görə, idmançı "WTT Youth Star Contender Tunis 2026" turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.

Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.

Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.

Seçilən
42
5
ikisahil.az

8Mənbələr