AZ

Vyanada NATO-ya qarşı kütləvi etiraz aksiyası keçirilib

BAKI, 8 fevral. TELEQRAF

Avstriyanın paytaxtı Vyananın mərkəzində ölkənin neytral statusundan imtina etməsinə və NATO ilə yaxınlaşmasına qarşı etiraz aksiyası təşkil olunub.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Bildirilib ki, etirazçılar Avstriya bayraqları ilə şəhər mərkəzində yürüş ediblər. Aksiya iştirakçıları üzərində “Neytrallığa və sülhə bəli, NATO-ya yox” şüarı yazılmış bannerlər daşıyıblar. Bundan əlavə, onlar baraban çalaraq silahsız sülhə çağıran plakatlar nümayiş etdiriblər.

Mitinqin təşkilatçılarından biri Martin Rutter bildirib ki, hazırda Avstriyanı mərhələli şəkildə Avropa İttifaqının hərbi strukturlarına cəlb etməyə çalışan siyasətin qarşısı alınmalıdır.

Seçilən
11
teleqraf.com

1Mənbələr