AZ

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Tbilisi, 8 fevral, AZƏRTAC

Gürcüstanın strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı funksiyasını, tranzit funksiyasını inkişaf etdirməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə müsahibəsində bildirib.

Hökumət başçısı qeyd edib ki, bunun üçün çox böyük investisiyalar qoyulur. “Planımıza görə, 2030-cu ilin sonuna qədər yolun demək olar ki, bütün əsas hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tamamlanacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
59
7
azertag.az

10Mənbələr