Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada 8 nəfər qidadan zəhərlənib. Hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı baş verib. Zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qusar Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 8-i saat 14 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.