AZ

“Epşteyn qalmaqalı”na görə vəzifəsini itirdi

Böyük Britaniya hökumətində baş verən kadr dəyişikliyi və maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal Londonun siyasi dairələrində xaosa səbəb olub.

News365.az “SkyNews”a istinadən xəbər verir ki, Baş nazir Kir Starmerin aparat rəhbəri Morqan Maksvini bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Nəşr yazır ki, sözügedən qərar Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ilə bağlı yaranmış və “Mandelson qalmaqalı” kimi tanınan böhranın birbaşa nəticəsidir. Məlumata görə, Maksvini öz istefa məktubunda P. Mandelsonun diplomatik vəzifəyə təyin olunması üçün Baş nazirə verdiyi məsləhəti “səhv” adlandırıb və bu qərara görə tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Xatırladaq ki, ötən ilin fevralında səfir təyin edilən Mandelsonun 2025-ci ilin sentyabrında Epşteynlə məxfi məlumatları paylaşdığı və aralarında şübhəli maliyyə əməliyyatlarının (təxminən 75 min dollar) olduğu üzə çıxdıqdan sonra o, vəzifəsindən azad edilmişdi. Bundan əlavə, “Epşteyn faylları”nın dərcindən sonra belə bir keçmişi olan şəxsin mühüm diplomatik posta gətirilməsi hakim Leyboristlər partiyası daxilində Starmerə qarşı etimadı sarsıdıb.

Seçilən
48
2
news365.az

3Mənbələr