Məşhur teleaparıcı Şəbnəm Naibli sosial şəbəkədə etdiyi paylaşım ilə yenidən diqqət mərkəzinə düşüb.
Busaat.az bildirir ki, teleaparıcı şəxsi “Instagram” hesabında “Min bərəkət, halal nemət” brendinə məxsus manqalüstü sosiskaya dair video yayımlayıb.
O bildirib ki, sözügedən məhsulu “Araz” marketlər şəbəkəsindən alıb.
Paylaşımda sosiskanın içərisindən tük çıxdığını iddia edən Naibli bunu görüntü ilə nümayiş etdirib.
Hadisə ilə bağlı məhsul istehsalçısı və ya satış şəbəkəsi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.
Ətraflı videoda: