AZ

Xamenei 47 ildən sonra İLK DƏFƏ bunu etmədi – MÜƏMMA

İranın Ali rəhbəri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələrinin rəhbər heyəti ilə keçirilən ənənəvi görüşdə bu il iştirak etməyib.

KONKRET.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin komandirləri ilə görüş mərasimi Tehranda İslam İnqilabının banisi Ruhulla Xomeyninin məqbərəsində təşkil olunub. Tədbir Ali rəhbərin iştirakı olmadan baş tutub.

Məlumata görə, son 47 il ərzində ilk dəfədir ki, ölkənin ali lideri “19 Bəhmən” günü ilə bağlı keçirilən və Xomeyninin xatirəsinə həsr olunan mərasimdə Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə birgə görünmür.

Qeyd edək ki, 1357-ci ilin 19 bəhmənində (8 fevral 1979-cu il) şah dövründə xidmət edən Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşərək ona sədaqət andı içmişdi. Həmin tarixdən sonra bu gün İran üçün simvolik əhəmiyyət daşıyan günlərdən birinə çevrilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
38
4
konkret.az

10Mənbələr