AZ

Qubada "Paytaxt" salatından kütləvi zəhərlənmə oldu

Quba rayonunda səkkiz nəfər qidadan zəhərləniblər.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Xucbala kəndində qonağlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qidadan zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Onların "Paytaxt" salatından zəhərləndikləri ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır. /Unikal

Seçilən
11
18
bakivaxti.az

10Mənbələr