AZ

Ukraynalı nazirdən DİQQƏTÇƏKƏN ETİRAF: Müharibənin taleyi ondan asılıdır

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin Moskvanın başlatdığı müharibəyə son qoymaq üçün danışıqlarda hələ həll olunmamış ən çətin məsələləri şəxsən müzakirə etmələri vacibdir.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Reuters” agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Kiyev ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların yaratdığı “impulsdan” ABŞ Konqresinə noyabrda keçirilməsi planlaşdırılan aralıq seçkilərin kampaniyası başlamazdan əvvəl yararlanmaq niyyətindədir.

Sibiqa vurğulayıb ki, “yalnız ABŞ prezidenti Donald Tramp bu müharibəni dayandıra bilər”.

O qeyd edib ki, BƏƏ-də keçirilən üçtərəfli danışıqların əsasını təşkil edən 20 bəndlik “sülh planı” üzrə bəndlərin böyük hissəsi razılaşdırılıb, yalnız bir neçəsi açıq qalır. Nazir bu məsələləri liderlər səviyyəsində həll olunmalı “ən həssas və mürəkkəb” problemlər kimi qiymətləndirib.

Sibiqa həmçinin bildirib ki, ABŞ Konqresində Ukraynaya təhlükəsizlik zəmanətlərinin təsdiqlənməsi istiqamətində hazırlıq var. Bu addım sülh sazişinə dəstəyin təmin olunmasına xidmət etməlidir. Bununla belə, ABŞ qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi planlaşdırılmır. Nazir hazırkı mərhələdə ABŞ-nin iştirakı olmadan effektiv təhlükəsizlik arxitekturası görmədiyini vurğulayaraq, “onlar bizimlə olmalıdırlar”, – deyə əlavə edib.

Onun sözlərinə görə, Böyük Britaniya və Fransadan əlavə bir neçə ölkə də Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını açıq şəkildə bəyan edib, lakin XİN başçısı həmin ölkələrin adlarını açıqlamayıb.

Nazir həmçinin bildirib ki, NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik mexanizminin yaradılması zəruridir. Xatırladaq ki, bu maddəyə əsasən alyans üzvlərindən birinə hücum hamısına hücum kimi qiymətləndirilir. Sibiqanın fikrincə, Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü də əlavə təhlükəsizlik təminatı rolunu oynaya bilər.

Musavat.com

Seçilən
80
1
editor.az

2Mənbələr