AZ

İran parlamenti bu məsələyə görə təcili toplanır

İran parlamenti fevralın 9-da ABŞ ilə İranın nüvə silahı üzrə danışıqlarını müzakirə etmək üçün iclas keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Moqtadayiyə istinadl məlumat yayıb.

İclasda ölkənin xarici işlər naziri Abbas Əraqçinin iştirak edəcəyi ehtimal olunur.

Moqtadayi bildirib ki, sabah məclis qapalı iclasda İran və ABŞ arasındakı danışıqların gedişatını nəzərdən keçirəcək.

"The Wall Street Journal"ın məlumatına görə, Omanda ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı İran hakimiyyəti Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa ölkəyə köçürmək niyyətində olmadığını qeyd edib.

Seçilən
60
1
publika.az

2Mənbələr