AZ

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.

İdman.Biz “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb.

Onların matça buraxılmamasının səbəbi bəlli deyil.

Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.

Qeyd edək ki, həmin qarşılaşmada “Qarabağ” rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Məqalədə:
Seçilən
60
10
idman.biz

10Mənbələr