AZ

QAİ: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.

Aznews.az xəbər verir ki , bu fikir Qərbi Azərbaycan İcması bəyanatında yer alıb.

"Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.

Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?

Seçilən
13
22
aznews.az

10Mənbələr