AZ

İran parlamenti fevralın 9-da ABŞ ilə danışıqları müzakirə edəcək

İran parlamenti (birpalatalı) fevralın 9-da ölkənin ABŞ ilə nüvə məsələsilə bağlı danışıqların birinci mərhələsinin aralıq nəticələrini nəzərdən keçirmək üçün iclas keçirəcək.

“Report”un məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moqtadai IRNA agentliyinə müsahibəsində bildirib.

“Sabah Məclis İran İslam Respublikası ilə ABŞ arasında danışıqların gedişatını qapalı iclasda nəzərdən keçirəcək. İranın xarici işlər naziri Abbas Əraqçinin iclasda iştirak edəcəyi ehtimal olunur”, – o qeyd edib.

Seçilən
70
5
7times.az

6Mənbələr