AZ

Palmer “Çelsi”nin tarixinə düşdü

Yarımmüdafiəçi Koul Palmer “Çelsi”nin Premyer Liqada het-trik rekordçusu olub.

Moderator.az xəbər verir ki, 25-ci turda “Vulverhempton”a qarşı (3-1) matçda ingilis ilk 38 dəqiqədə üç qol vurub.

Bu, Palmerin London klubunda dördüncü het-trikidir. “Squawka”nın məlumatına görə, liqada “Çelsi”nin heç bir oyunçusu bu qədər het-trik etməyib.

Palmer 2023-cü ilin payızından bəri “Çelsi”nin oyunçusudur. Londonlular “Mançester Siti”nin yetirməsinin transferi üçün 47 milyon avro ödəyiblər. Bu mövsüm oyunçu bütün turnirlərdə 17 oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
64
2
moderator.az

3Mənbələr