...Məhsuldarlığı və diqqəti artırmaq üçün balanslı səhər yeməyi vacibdir.
Deməli, səhər yeməyində şirin və yağlı qidaların yuxululuğa səbəb olduğunu alimlər aşkar ediblər.
SİA-nın məlumatına görə, alimlər səhər yeməyinin məhsuldarlığa necə təsir etdiyini müəyyən etmək üçün bir araşdırma aparıblar.Təcrübədə Yaponiyanın Hyogo Universitetinin tədqiqatçıları 13 qadın tələbəyə iki növ səhər yeməyi təklif ediblər. Birincisi düyü, balıq, yumurta və tərəvəzdən ibarət ənənəvi səhər yeməyi idi.
İkincisi isə ponçik və şirin süd içkisindən ibarət olub. Yeməkdən sonra qadınların bədən istiliyi və ürək döyüntüsü ölçülüb və onların idrak qabiliyyətləri sınaqdan keçirilib. Məlum olub ki, bol səhər yeməyi yeyən tələbələrin simpatik sinir sistemi aktivləşib: ürək döyüntüləri artıb, bədən istiliyi yüksəlib və özlərini daha ayıq hiss ediblər.
Onlar həmçinin tapşırıqları daha yaxşı yerinə yetiriblər. Şirniyyat yeyənlər yuxululuq hiss etməyə başlayıblar.
İstehlak edilən şəkərə baxmayaraq, diqqət müddəti qısamüddətli olub və beyin fəaliyyətinin ümumi azalmasını kompensasiya etməyib.
Nazlı Almuradova