AZ

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 8 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının və Suriyanın birgə investisiyaları ilə yeni aviaşirkət təsis edilib. Bu barədə müqavilə Səudiyyə Ərəbistanının “Flynas” şirkəti ilə Suriya Mülki Aviasiyası təşkilatı arasında imzalanıb.

AZƏRTAC xəbər verir ki, “Nas Suriya” adlanacaq yeni şirkətdə Suriya tərəfi 51 faiz, “Flynas” isə 49 faiz paya sahib olacaq. Aviaşirkətin 2026-cı ilin son rübündə fəaliyyətə başlaması gözlənilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
7
azertag.az

8Mənbələr