AZ

Vitinya və Kes Smit “Real”ın radarında

“Real” klubu qarşıdakı mövsüm Çempionlar Liqası və La Liqa uğrunda daha iddialı mübarizə aparmaq üçün transfer çalışmalarını sürətləndirib.

90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, “kral klubu” iki mərkəz müdafiəçisi və bir yarımmüdafiəçi transfer etməyi qarşısına məqsəd qoyub. Madrid təmsilçisi üçün əsas prioritet variant PSJ-nin futbolçusu Vitinya hesab olunur.

Mənbənin yazdığına görə, “Real”ın siyahısında ikinci yerdə “AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smit yer alır. Bundan əlavə, “kral klubu” yay transfer pəncərəsində hazırda “Komo”da çıxış edən yarımmüdafiəçi Niko Pazı geri qaytarmağı da planlaşdırır. Madridlilər akademiya yetirməsini 9 milyon avro qarşılığında geri almaq hüququna malikdirlər.

Həmçinin, “Real”ın “Komo”nun heyətində oynayan mərkəz müdafiəçisi Hakobo Ramonu da yenidən komandaya cəlb etmək ehtimalı istisna edilmir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr