Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar hazırda bir sıra küçə və yollarda, xüsusilə, paytaxtdan şimal istiqamətinə gedən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu isə tıxacların yaranmasına səbəb olub.
Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq"
"Düz bir saat 45 dəqiqədir ki, burada tıxacdayıq. İş görəndə bunu gecə etsinlər. Gecə yol bomboş olur. Camaata yazıqları gəlsin", - deyə sürücülərdən biri Baku TV-yə bildirib.
"Bu gün bazardır, normalda yol açıq olur. Sabah isə burada ümumiyyətlə vəziyyət daha da ağırlaşacaq", - başqa bir sürücü deyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.