“Barselona”nın futbolçuları komandanın baş məşqçisi Hans-Diter Flikin klubla müqaviləsinin uzadılmasını istəyirlər.
90deqiqe.Az-ın "The Touchline"a istinadən məlumata görə, yayda 2027-ci ildə başa çatacaq müqavilənin müddətinin artırılması üçün “blauqrana” futbolçuları 60 yaşlı mütəxəssisi razı salmağa hazırdırlar.
Mənbənin bildirdiyinə görə, Kataloniya klubunun oyunçuları Fliki “arzulana biləcək ən yaxşı məşqçi” hesab edirlər.
Qeyd edək ki, alman mütəxəssis “Barselona”nın sükanı arxasına 2024-cü ilin yayında keçib. Onun rəhbərliyi altında “blauqrana” İspaniya çempionu olub, ölkə kubokunu qazanıb və iki dəfə Superkubokun sahibi çıxıb.
Hazırda La Liqada 23 turdan sonra Flikin komandası 58 xal toplayaraq turnir cədvəlinə liderlik edir.