“Real” klubu komandanın hücumçusu Kilian Mbappenin anası Fayza Lamariyə vergilər çıxıldıqdan sonra illik 4,5 milyon avro məvacib ödəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Lamariyə ödənilən məbləğ “kral klubu”nun əsas heyətində çıxış edən səkkiz futbolçunun maaşını üstələyir.
Bildirilir ki, “Real”da Andrey Lunin, Fran Qarsiya, Raul Asensio, Arda Güler, Franko Mastantuono, Brahim Dias, Qonsalo Qarsiya və Endrik Fayza Lamaridən daha az qazanırlar.
Qeyd olunur ki, Lamari Mbappenin illik 15 milyon avroluq maaşının 30 faizini alır. O, oğlunun meneceri olduğu üçün gəlirin 50 faizinin ona çatmasını istəsə də, fransalı futbolçu bu şərtlə razılaşmayıb və yekunda daha sərfəli müqavilə şərtləri üzərində razılıq əldə olunub.