AZ

Yaponiyada seçkilər: Takaiçinin bloku parlament üstünlüyünü qorudu

BAKI, 8 fevral. TELEQRAF

Yaponiyanın Başnaziri Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok bazar günü keçirilən parlament seçkilərində qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə seçki komissiyalarının ümumiləşdirilmiş məlumatlarında qeyd olunub.

Yerli vaxtla saat 20:45-ə olan hesablamalara görə, hakim Liberal Demokrat Partiyası (LDP) parlamentdə 224, onun tərəfdaşı olan "Yaponiyanın Yenilənməsi Cəmiyyəti" Partiyası isə 23 mandata sahib çıxıb.

Bununla da Takaiçinin rəhbərlik etdiyi hakim blok Baş nazirin seçilməsi və dövlət büdcəsinin qəbul edilməsi kimi mühüm səlahiyyətlərə malik olan Aşağı Palatada (ümumi 466 yer) çoxluğu özündə saxlayıb.

Yaponiyanın NHK ictimai televiziyasının keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, LDP təkbaşına parlamentdə çoxluğu (233-dən çox yer) təmin edəcək. Hakim blokun isə perspektivdə parlamentdəki yerlərin üçdə ikisini qazanmaq ehtimalı var. Digər aparıcı media qurumlarının "exit-poll" nəticələri də oxşar proqnozlar verir.

Seçilən
13
teleqraf.com

1Mənbələr