İspaniyanın "Real" klubunda maraqlı maliyyə detalı üzə çıxıb.
İdman.Biz xəbər verir ki, “A Bola”nın məlumatına görə, hücumçu Kilian Mbappenin anası və meneceri Fayza Lamari vergilərdən sonra ildə 4,5 milyon avro (9 milyon AZN) qazanır.
Jurnalistlərin yazdığına əsasən, Lamarinın gəliri əsas komandanın bir sıra üzvlərinin maaşını üstələyir. Bildirilir ki, Andrey Lunin, Fran Qarsiya, Raul Asensio, Arda Güler, Franko Mastantuono, Brahim Dias, Qonsalo Qarsiya və Endrik ondan az qazanırlar.
Qeyd olunur ki, Fayza Lamarinın məvacibi Mbappenin illik qazancının təxminən 30 faizinə bərabərdir. Futbolçu mövsümə görə 15 milyon avro (30 milyon AZN) əldə edir. Başlanğıcda menecer kimi o, oğlunun gəlirinin yarısını istəyib, lakin fransalı forvard bu variantla razılaşmayıb və tərəflər sonda kompromis razılaşmaya gəliblər.