AZ

İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...

Tehran ABŞ ilə İranın nüvə proqramı üzrə danışıqların təfərrüatı və gedişatı barədə Moskva və Pekini məlumatlandırıb.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.

Bir gün əvvəl İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qərib-Abadi sosial media hesabında yazıb ki, Omanda keçirilən ABŞ ilə danışıqlardan sonra Çin və Rusiya səfirləri ilə görüş keçirilib. Görüşdə danışıqların gedişatı barədə ətraflı məlumat verilib.

İRNA agentliyi nazirin sözlərini sitat gətirərək bildirib: “Biz Çin və Rusiya ilə məsləhətləşmələrimizi davam etdiririk. Onlar strateji tərəfdaşlarımız və dost ölkələrdir. Müavinim dünən Çin və Rusiya səfirləri ilə görüşərək danışıqların təfərrüatlarını onlara təqdim etdi. Məsləhətləşmələrimiz davam edəcək”.

Seçilən
17
publika.az

1Mənbələr