AZ

Texnologiya yoxsa, şişirdilmiş gözlənti? Süni intellektin real üzü RƏYLƏR

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Süni intellekt ətrafında yaradılan səs-küy texnoloji tərəqqidən çox, şişirdilmiş gözləntilərin məhsuluna bənzəyir. Bu sistemlər elə təqdim olunur ki, guya düşünür, anlayır və qərar verir. Halbuki, reallıqda onlar yalnız verilən məlumatın statistik oxşarlıqlarını təkrarlayır. Ən sadə vizual sabitliyi belə qorumaqda çətinlik çəkən bir texnologiyanı “ağıl” adlandırmaq özü artıq ciddi sual doğurur. Çünki ağıl səhv edə bilər, amma nəyi niyə etdiyini dərk edir. Süni intellekt isə səhv etdiyini belə bilmir.

Problem texnologiyanın səhv etməsində deyil, problem onun səhvlərinə baxmayaraq mütləq həqiqət kimi təqdim edilməsindədir.

Bunun konkret nümunəsini elə ChatGPT-nin yaratdığı görüntülərdə də görmək mümkündür. Azərbaycanın dövlət bayrağındakı səkkizguşəli ulduz milli atributlarımızdan biridir və onun guşələrinin sayı dəyişməzdir. 

Lakin son günlər trend olan və süni intellekt tərəfindən yaradılan təsvirlərdə bayrağımızda ulduzun bəzən beş, bəzən altı, bəzən yeddi guşəli formada təqdim olunması süni intellektin milli simvolumuzun mahiyyətini “anlamadığını” açıq şəkildə göstərir. 

Bu məsələ ictimaiyyət üzvlərini ciddi narahat edib və çox ciddi siyasi problem kimi qabardılıb. 

Jurnalist Elşad Məmmədli trendə çevrilən, Chat GPT-nin düzəltdiyi kollajlarda Azərbaycan bayrağınım kütləvi təhrif olunması ilə bağlı ictimaiyyəti xəbərdar edib:

"Dittəqli olun, Süni İntellekt getdikcə bataqlığa dönür, absurda çevrilir, bütün mövzularda öz ağlınızla mütləq analiz edin, robotun ağlı yoxdur, onu texniki olaraq istifadə edin, dəqiqləşdirmə apararaq son qərarı özünüz verin. Qarşıma çıxan xeyli ictimai-siyasi şəxsin, sadə insanların trend kimi paylaşdığı kollajda bayrağımız təhrif edilib. Təbii, insanlarımız bunu fərq etməyib deyə beləcə də paylaşıb...

Chat GPT ümumiyyətlə uzun müddətdir hazırladığı kollajlarda bayrağımızı təhrif edir.

Rəngləri, ulduzun guşələrinin sayını dəyişir - bəzilərində 5, bəzilərində 7 guşəli edir. Hansı ki, orijinal fotoya istinad edir, amma tərtibatı dəyişir! 

O anlamır, amma siz diqqət yetirin. Bu, proqramın tərtibatında məqsədli təxribat da ola bilər.

Təsəvvür edin ki, facebookda bir gündə minlərlə təhrif olunmuş bayrağımız görüntülənir, bunun data-bazalar üçün nə demək olduğunun fərqinə varmaq lazımdır. 

Daha əvvəllər də süni intellekt bayrağımızı təhrif edib və bu, təsadüfi ola bilməz! 

Deyə bilərsiniz ki, robotdur. Elə isə robot niyə ABŞ, Britaniyanın bayraqlarını səhv düzəltmir? Çoxuna baxdım, rast gəlmədim belə hala. Robotun proqramına nə yazılır, onu da bizə verir. 

Bizim bayraqla bağlı komandanı niyə belə yerləşdiriblər?! Maraq üçün mən özüm də kollaj "sifariş" etdim, bayraqda səkkiz guşəni beş guşə kimi əks etdirib. Hansı ki, atdığım fotodakı bayraq üzrə işləyib. 

Məncə, bu, proqramın texniki yox, siyasi məqsədli "səhvi"dir"".

 Jurnalist Vüsal Məmmədov da eyni problemə diqqət çəkib:

 "Bu trend əslində süni intellektin, konkret halda "Chat GPT"-nin nə qədər küt alət olduğunu göstərir. 600 milyard dollardan çox pul xərclənən bu alət "başa düşmür" ki, ölkənin bayrağındakı ulduzun guşələrinin sayı şəkildən-şəklə dəyişə bilməz. Bir şəkildə 5, digərində 6, bəzilərində 7, nadir hallarda 8 guşəli ulduz görürük. Halbuki, eyni ölkənin bayrağında eyni ulduzu çəkməyin vacibliyini anlamaq üçün 5 yaşında uşağın intellekti kifayət edərdi. Deməli, yalandan ay nə bilim, "gələn il Süni İntellekt bütün bəşəriyyətdən ağıllı olacaq" şəklində basıb-bağlamaq lazım deyil. Süni İntellekt heç vaxt insandan ağıllı olmayacaq, çünki əslində səhv onun adından başlayır: o, ümumiyyətlə, intellekt deyil, data ilə işləmək üçün çevik statistik alqoritmdir. Sərəncamına yaxşı data bazası, tərcümə və axtarış sistemi verilən insan həmişə süni intellektdən daha ağıllı olacaq. Bunu tam məsuliyyətlə deyirəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
sherg.az

1Mənbələr