Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokla müqayisə edilməməsini xahiş edib.
Publika.az xəbər verir ki, diplomat bununla bağlı "Telegram" kanalında paylaşım edib.
XİN sözçüsü isveçrəli vəkil Peter Henseler ilə bu yaxınlarda keçirilən müsahibəni şərh edib. Başqa bir suala cavab olaraq Henseler, bu gün Rusiya və Almaniya diplomatları arasında, ilk növbədə, onların təhsili baxımından böyük fərqi vurğulayıb.
"Rusiya diplomatları bir neçə dildə danışırlar, amma xanım Berbok... O, hətta öz ana dilində də düzgün danışa bilmir", - Henseler bildirib.
Daha sonra o əlavə edib ki, buna görə də Avropa siyasəti yalnız uyğunluq üzərində qurulub. Bu sözlərə münasibət bildirən Zaxarova, belə bir müqayisənin doğru olmadığı üçün Berbok ilə müqayisə edilməməsini xahiş edib.