Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan millilərini çalışdırmış məşqçinin yeni iş yeri bilindi
Azərbaycanın U-15, U-16 və U-19 yığma komandalarını çalışdırmış Miloş Velebitin yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, serbiyalı mütəxəssis Yunanıstanda işləyəcək.
O, Superliqada mübarizə aparan “Asteras”da köməkçi məşqçi vəzifəsinə təyin edilib. Velebit baş məşqçi Milan Rastavaçın köməkçisi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Velebit 2019-2023-cü illərdə Azərbaycanda çalışıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.