Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlak kreditlərində kəskin artım qeydə alınıb.
Banco.azxəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) 2025-ci ilin dekabr ayına aid istehlakçı kreditləri üzrə məlumatları açıqlayıb.
Məlumatlara görə, dekabr ayında istehlakçı kreditləri əvvəlki aya nisbətən 24 milyard ABŞ dolları artaraq 5,11 trilyon ABŞ dolları səviyyəsinə çatıb. Bazarın gözləntisi artımın 9 milyard ABŞ dolları civarında olacağı yönündə idi.
Həmin dövrdə kredit kartları və buna bənzər dövriyyəli kreditlər aylıq əsasda 13,9 milyard ABŞ dolları artarkən, ev, avtomobil və tələbə kreditləri kimi dövriyyəsiz kreditlər 10,2 milyard ABŞ dolları yüksəlib.
İstehlakçı kreditləri ötən ilin dekabr ayında illik müqayisədə 5,7% artıb. Eyni dövrdə dövriyyəli kreditlər 12,6%, dövriyyəsiz kreditlər isə 3,2% nisbətində artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!