Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın neft embarqosu Kubada otellərin bağlanmasına səbəb olur.
Banco.azxəbər verir ki, yerli mətbuatda yayılan xəbərə görə, Kuba hakimiyyəti yanacaq çatışmazlığını əsas gətirərək bəzi otelləri bağlayıb və turistləri digər müəssisələrə yönləndirib.
Kuba Baş Nazirinin müavini Oskar Perez-Olivia dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, enerji istehlakını azaltmaq, turizm obyektlərini daha səmərəli istifadə etmək və davam edən turizm mövsümündən maksimum yararlanmaq məqsədilə bir plan hazırlanıb.
O, xüsusi şirkətlərin öz yanacaqlarını idxal etməsi üçün prosedurların sadələşdiriləcəyini, bəzi bankların iş saatlarının yenidən tənzimlənəcəyini və Havanada keçiriləcək Beynəlxalq Kitab Sərgisi kimi mədəni tədbirlərin isə növbəti elanadək təxirə salındığını vurğulayıb.
Nəqliyyat naziri Eduardo Rodrigez isə açıqlamasında daxili və beynəlxalq uçuşların davam edəcəyini, hava limanları və limanların fəaliyyətini sürdüreceyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!