Müəllif: Tamara Mustafayeva, Banco.az
Zukerberq Bezosu keçərək dünyanın dördüncü ən varlı insanı oldu.
Banco.azxəbər verir ki, “Amazon” səhmləri cümə günü birja əməliyyatlarının başlanmasından qısa müddət sonra 9,3% ucuzlaşaraq 202 ABŞ dolları səviyyələrinə düşüb.
“Amazon” şirkəti cümə axşamı açıqlayıb ki, gəlirləri proqnozları üstələyərək 213,4 milyard ABŞ dollarına çatmasına baxmayaraq, son rübdə səhm başına 1,95 ABŞ dolları mənfəət əldə edib. “Amazon” CEO-su Endi Cessi 2026-cı il üçün 200 milyard ABŞ dolları sərmayə xərci planlaşdırdıqlarını bildirib.
Bu rəqəm Wall Street-in “Amazon” şirkətinin illik xərcləri üçün apardığı 146,6 milyard ABŞ dolları təxmini proqnozdan 36% yüksək olduğundan bəzi iqtisadçılarda narahatlıq yaradıb.
Cümə səhəri etibarilə Bezosun xalis sərvəti 16 milyard ABŞ dolları azalaraq 218,9 milyard ABŞ dollarına düşüb və Mark Zukerberqin 226,6 milyard ABŞ dolları sərvəti ilə önə keçməsi nəticəsində dünyanın beşinci ən zəngin şəxsi olub. “Tesla” CEO-su İlon Mask xalis sərvəti 839,4 milyard ABŞ dolları ilə dünyanın ən zəngin şəxsi olaraq qalır, onu isə “Google” şirkətinin qurucuları Lerri Pejc 267,3 milyard və Sergey Brin 246,6 milyard ABŞ dolları ilə izləyirlər.
Zukerberq və Bezos son aylarda dünyanın ən zənginləri siyahısında bir neçə dəfə yer dəyişiblər. Keçən həftə “Meta” şirkətinin iqtisadçıların proqnozlarını üstələyən və səhmlərinin dəyərinin artmasına səbəb olan balans hesabatından sonra onlar yenidən yer dəyişiblər və Zukerberqin xalis sərvəti Bezosun önünə keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!