AZ

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə qiymətli metallar və kriptovalyuta bazarlarında dəyişkənlik davam etsə də, ABŞ ilə İran arasındakı gərginlik başlıqlarda üstünlük qurub.

Banco.az ötən həftənin gündəm xəbərlərini təqdim edir.

1. Qlobal bazarlarda kəskin enişlərABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin sədrliyinə namizəd kimi Kevin Uorşu seçdiyini elan etməsindən sonra qızıl və gümüş bazarlarında qeydə alınan itkilər davam edib.

2. Bitkoin Trampın qayıdışından sonra ən aşağı səviyyəyə düşübBitkoin 73 762 ABŞ dollarına qədər ucuzlaşaraq Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra ən aşağı səviyyəsini görüb.

3. Tramp hökumətin bağlanmasına son qoyan büdcə paketini imzalayıbABŞ Prezidenti Donald Trampın Konqresdə qəbul edilən büdcə paketini imzalaması ilə federal hökumətin dörd gün davam edən qismən bağlanması başa çatıb.

4. ABŞ–İran danışıqları 6 fevralda Omanda keçiriləcəkAğ Ev ABŞ ilə İran arasında aparılan nüvə danışıqlarının 6 fevral, cümə günü Oman paytaxtı Maskatda baş tutacağını açıqlayıb.

5. Qızılda enmə meyli, gümüşdə isə kəskin ucuzlaşmaQızıl və gümüş qiymətlərində azalma qeydə alınıb. Gümüş iki günlük bərpadan sonra kəskin şəkildə dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
banco.az

2Mənbələr