Nərimandan sonra o da "Qarabağ"dan gedir
"Qarabağ"da Nəriman Axundzadədən sonra daha bir ayrılıq yaşana bilər. Metbuat.az Azerisport.com-a istinadən xəbər verir ki, Bəhlul Mustafazadə də Ağdam təmsilçisini tərk etməyə yaxındır.Çin klubu "Şençjen Penq Siti" Azərbaycan yığmasının müdafiəçisini heyətinə cəlb etmək istəyir.Onlar 28 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edib."Qarabağ" da bu keçiddən müəyyən bir məbləğ qazanacaq.Bəhlul özü bu transferə müsbət yanaşır. Ona görə klub da ona mane yaratmayacaq.Lakin bu keçid komandanın Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə oyunlarından asılı olacaq. Əgər "Qarabağ" mərhələni keçərsə, Mustafazadə bir müddət də Ağdam təmsilçisinin heyətində qalmalı olacaq.