AZ

Trampın yaxın dostundan İran haqda xəbərdarlıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“İran bəşəriyyət üçün təhlükədir”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı radio şərhçisi və ABŞ Prezidenti Donald Trampın yaxın dostu Mark Levin deyib.

O bildirib ki, ABŞ qüvvələrinin Yaxın Şərqdə sürətlə artırılmasının əsas məqsədi İranın “nasist rejimi” ilə qarşılaşmaq, kütləvi qırğınlara son qoymaq və İran xalqının azadlığını təmin etməkdir.

Levinin sözlərinə görə, bu qüvvələrdən danışıqlar və ya kağız üzərində razılaşma əldə etmək üçün istifadə etmək düzgün yanaşma deyil:

“İran rejimi məhv edilənə qədər bəşəriyyət üçün ciddi təhlükə olaraq qalacaq. Biz sadəcə masada oturmaqla onu dayandıra bilmərik”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr