Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un və Kolumbiya millusinin vingeri Con Ariası transfer edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı oyunçu müddəti 2029-cu ilin sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Bu keçid "Palmeyras"a 25 milyon avroya başa gəlib. Cənubi amerikalılar məbləği 4 il ərzində hissə-hissə ödəyəcəklər.
Arias ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə Premyer Liqasının son pilləsində qərarlaşan komandanın heyətində 26 matçda meydana çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.