AZ

Şad xəbər: 5 aylıq kabus başa çatdı!

Daha bir retro, yəni, Uran planetinin geriləməsi bir neçə gündür ki, başa çatıb. Bununla da bürclərin 5 aylıq sınaq dövrü yekunlaşıb. Bu o deməkdir ki, gün ərzində münasibətlərimizə, tarazlığımıza və harmoniyamıza daha çox diqqət yetirəcəyik. Sosial münasibətlər, tərəfdaşlıqlar və estetik mülahizələr mərkəzi yer tuta bilər.

“Yeni Sabah” bu dövr üçün olan proqnozu təqdim edir:

Qoç

Maliyyə və şəxsi dəyərlərlə bağlı qeyri-müəyyənliklər aradan qalxır. Gəlirlərlə bağlı yeni imkanlar və daha cəsarətli maliyyə qərarları gündəmə gələ bilər.

Buğa

Uranüsün birbaşa hərəkətə keçməsi həyatınızda əsaslı dəyişiklikləri sürətləndirir. Şəxsi həyat, görünüş və həyat tərzi ilə bağlı ani, lakin uzunmüddətli təsiri olan qərarlar verilə bilər.

Əkizlər

Daxili gərginlik və şüuraltı qorxular tədricən təsirini itirir. Gizli qalan mövzuların aydınlaşması psixoloji rahatlıq yaradır.

Xərçəng

Sosial mühit, dostluq münasibətləri və gələcək planlarla bağlı dəyişikliklər ön plana çıxır. Bəzi əlaqələr bitə, yeni istiqamətlər formalaşa bilər.

Şir

Karyera və ictimai mövqelə dair gözlənilməz inkişaflar mümkündür. İş dəyişikliyi, yeni vəzifə və ya nüfuz qazandıran layihələr gündəmə gələ bilər.

Qız

Təhsil, hüquqi məsələlər və xariclə bağlı mövzular sürətlənir. Dünyagörüşündə dəyişiklik, yeni planların formalaşması ehtimalı artır.

Tərəzi

Birgə maliyyə, borclar və emosional bağlılıqlarla bağlı məsələlərdə aydınlaşma yaranır. Asılılıq yaradan situasiyalardan uzaqlaşmaq mümkün ola bilər.

Əqrəb

İkili münasibətlərdə dönüş mərhələsi başlayır. Ortalıqlar və şəxsi əlaqələrdə qəfil, lakin zəruri qərarlar verilə bilər.

Oxatan

Gündəlik iş həyatı və sağlamlıq rejimində dəyişikliklər mümkündür. Yeni iş sistemi və fərqli əmək mühiti gündəmə gələ bilər.

Oğlaq

Yaradıcılıq və şəxsi münasibətlər sahəsində canlanma müşahidə olunur. Hisslər daha açıq şəkildə ifadə edilə bilər.

Dolça

Ailə, ev və yaşayış yeri ilə bağlı mövzular aktivləşir. Köç, ailədaxili qərarlar və yaşayış şəraitində dəyişiklik ehtimalı artır.

Balıq

Ünsiyyət, yaxın ətraf və qısa səfərlərlə bağlı gözlənilməz xəbərlər və sürətli inkişaflar mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr