"Qarabağ"da Nəriman Axundzadədən sonra daha bir ayrılıq yaşana bilər.

Offsideplus.az xəbər verir ki, Bəhlul Mustafazadə də Ağdam təmsilçisini tərk etməyə yaxındır.

Çin klubu "Şençjen Penq Siti" Azərbaycan yığmasının müdafiəçisini heyətinə cəlb etmək istəyir.

Onlar 28 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edib.

"Qarabağ" da bu keçiddən müəyyən bir məbləğ qazanacaq.

Bəhlul özü bu transferə müsbət yanaşır. Ona görə klub da ona mane yaratmayacaq.

Lakin bu keçid komandanın Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə oyunlarından asılı olacaq. Əgər "Qarabağ" mərhələni keçərsə, Mustafazadə bir müddət də Ağdam təmsilçisinin heyətində qalmalı olacaq.

(azerisport.com)