AZ

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış

Rejimi süquta yaxınlaşdıqca Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd reallıqdan uzaqlaşaraq video oyunlarından asılı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Atlantik" jurnalı məlumat yayıb.

"Sarayın daxilindəkilər deyirlər ki, o, dəfələrlə regional və Qərb güclərinin onun hakimiyyətini qoruyub saxlaya biləcək diplomatik dəstəkləri rədd edib. Bütün gün sarayda oturub "Candy Crush" ("Şəkər əzməsi") və digər video oyunlar oynayır.

Hətta son günlərdə belə, xarici işlər nazirləri ona sövdələşmələr təklif etmək üçün zəng edib və o, telefonlara cavab verməyib. Əsəd güzəştə getmək və ya gücünün hər hansı bir məhdudiyyətini qəbul etmək istəməyib.

Əsədin axmaqlığının ən yaddaqalan nümunəsi ilk Tramp administrasiyası dövründə baş verib. 2020-ci ildə Vaşinqton 2012-ci ildə Suriyada yoxa çıxan və Əsəd rejiminin əlində olduğu düşünülən amerikalı jurnalist Ostin Taysı tapmaq üçün iki məmuru - Rocer Karstens və Kaş Pateli Livana göndərib. O vaxt Livanın Baş Təhlükəsizlik Şöbəsinin rəhbəri olan Abbas İbrahim iki nəfəri Dəməşqə gətirib və onlar Əsədin yüksək səviyyəli təhlükəsizlik məmurlarından biri olan Əli Məmlüklə görüşüblər.

Karstens deyir ki, amerikalılar Taysın mövzusunu qaldırdılar və Məmlük cavab verdi ki, hər hansı bir tələbi müzakirə etməzdən əvvəl ABŞ sanksiyaları qaldırmalı və qoşunlarını Suriyadan çıxarmalıdır.

ABŞ hökuməti Taysın sağ olduğuna dair sübut müqabilində bu şərtlərlə razılaşıb. Əsəd isə hamını təəccüləndirərək bildirib ki, heç bir razılaşma və danışıqlar olmayacaq. Səbəb olaraq isə Trampın onu əvvəllər heyvan kimi təsvir etməsini göstərib", - nəşr yazır.

Milli.Az

Seçilən
4
4
milli.az

5Mənbələr