Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.
Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır.
Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.
Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.Kim bilir, bəlkə də böyük faciədən dönmüşük..
