AZ

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə "X"dəki hesabında yazıb.

"Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu", - səfir yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
7
bakivaxti.az

8Mənbələr