AZ

“ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər” İranın XİN başçısı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əgər Vaşinqtonla danışıqların davam etdirilməsi qərarı qəbul edilərsə, yalnız nüvə məsələləri müzakirə olunacaq.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Omanın Maskat şəhərində ABŞ ilə danışıqların yekununa dair mətbuat konfransında deyib.

"Növbəti raundun vaxtı və yeri Oman xarici işlər naziri ilə razılaşdırılaraq müəyyən ediləcək, keçirilmə yeri dəyişə bilər", - o deyib.

İranın nüvə proqramının dinc məqsədlərlə həyata keçirildiyini deyən Əraqçi ABŞ-nin uranın "sıfır zənginləşdirilməsi" şərtini qəbul etməyəcəklərini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
2
azpolitika.info

3Mənbələr