AZ

Keçmiş nazirdən mübahisəyə yol açacaq sözlər: “Şir və Günəş yalnız İrana məxsusdur, başqalarının bu rəmzə haqqı çatmır”

"Şir və Günəş İran-İslam kimliyində kök salmış və hələ də İrana məxsus olan, lakin başqaları bundan istifadə edən rımzlərdir".

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu İranın sabiq XİN rəhbəri Əli Əkbər Salehi bildirib.

O, Tehranda keçirilən "Xarici siyasət və beynəlxalq münasbətlərtarixi" adlı konqresdə çıxış edərkən qeyd edib:

"Mən iranşünaslardan soruşdum ki, Şir və Günəş simvolu bizimdirmi? Onlar dedilər ki, bəli, İslam Respublikası hələ də bu gerbə sahibdir. Lakin beynəlxalq arenada başqaları da Şir və Günəşı sahib çıxmaq istəyirlər. Lakin qlobal miqyasda bu gerbin mülkiyyət hüququnun hələ də İran İslam Respublikasına məxsus olduğu elan edilib".

Salehi əlavə edib: "Şir və Günəş İran-İslam kimliyindən qaynaqlanan və hələ də İrana məxsus bir simvoldur. İran və İslam kimliyi bir-birini tamamlayır. İran-İslam kimliyini ağıllı şəkildə qorumalıyıq. İranı bir gəmiyə bənzətsək, onun göyərtəsind olan bizlərik. Bu gəminin çatlamasına icazə verməməliyik. Milli kimliyimiz elə qorunmalıdır ki, bu gəmi içindəkilərini qoruya bilsin".

Qeyd edək ki, Şir və Günəş (farsca "Şir o Xorşid") rəmzi bir çox Azərbaycan xanlıqlarının bayraqlarında da əsk olunub. Bu, əsasən Qacar nəslindən olan xanlıqların (Gəncə, İrəvan, Naxçəvan) bayraqları üçün səciyyəvidir.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
74
yenisabah.az

1Mənbələr