Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları arasında səs-küylü oyunçu dəyişimi ehtimalı müzakirə olunur.
İdman.Biz xəbər verir ki, TEAMtalkın yaydığı məlumata görə, mersisaydlılar yarımmüdafiəçi Aleksis Mak Allisteri Madrid təmsilçisinin futbolçusu Orelyen Tçuameni ilə dəyişmək variantını nəzərdən keçirirlər.
Məlumata əsasən, "Real" argentinalı futbolçunu orta xətt üçün ciddi gücləndirmə kimi qiymətləndirir, baxmayaraq ki, bu mövsüm onun çıxışı sabit sayılmır. Tçuameni isə uzun müddətdir "Liverpul"un maraq dairəsindədir, lakin oyunçunun Madrid klubunu tərk etmək istəmədiyi bildirilir.
Həmçinin qeyd olunur ki, mümkün mübadilə baş tutacağı halda, İngiltərə təmsilçisi əlavə məbləğ ödəməli olacaq.
Hər iki yarımmüdafiəçinin klubları ilə mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.