AZ

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru addım idi

İran-ABŞ danışıqları regionun dost hökumətlərinin dəstəyi ilə keçirilib və irəliyə doğru bir addım olub.

"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün "X"dəki hesabında yazıb.

"Bizim strategiyamız dialoq və sülh yolu ilə həldir. Nüvə məsələlərində isə bizim məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit edilmiş hüquqlara əsaslanır" , - Pezeşkian qeyd edib.

Pezeşkian sonda bildirib ki, İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin güc tətbiqinə adekvat cavab verəcək.

Seçilən
23
7
far.az

9Mənbələr