“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü “Kolambus Kru” klubu ilə müqavilə bağlayacaq.
22 yaşlı futbolçunun Ağdam klubu ilə 2028-ci ilə kimi müqaviləsi olduğundan bu transferdən “Qarabağ” da pul qazanacaq. (sportinfo.az)
Xatırladaq ki, MLS-də mövsüm fevralın 21-də start götürür, noyabrda başa çatır. “Kolambus Kru” komandası ilk matçını ayın 22-də, “Portland Timbers”ə qarşı keçirəcək.