AZ

“Hazırda işimi kifayət qədər yaxşı görmürəm” – “Nyukasl”ın baş məşqçisi

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” İngiltərə Premyer Liqasında ardıcıl 3-cü oyunda uduzub.

Msport.az xəbər verir ki, “sağsağanllar” 25-ci turda öz meydanlarında “Brentford”a məğlub olublar – 2:3.

“Nyukasl”ın baş məşqçisi Eddi Xau etiraf edib ki, işinin öhdəsindən gələ bilmir: “Mən hər zaman təzyiq hiss edirəm. Amma mənim üçün əhəmiyyəti yoxdur bu, nə təzyiqdir. Əgər belə bir vəzifədə işləyirsənsə, hər an təzyiq hiss edə bilərsən.

Həmişə deyirəm ki, özümə etdiyim təzyiq bundan ifrat dərəcədə ola bilməz. Mənim oyunçularımdan tələb etdiyim yüksək standartlarım var. Aydındır ki, hazırda işimi kifayət qədər yaxşı görmürəm. Özümə əsəbləşirəm, özümü günahlandırıram, bütün məsuliyyəti öz üzərimə götürürəm. Başqa heç kimi günahlandırmıram”.

Qeyd edək ki, “Qarabağ” “Nyukasl”a fevralın 18-də Bakıda, 24-də isə səfərdə qarşılaşacaq.

 

Seçilən
16
msport.az

1Mənbələr