AZ

Avropada Yamal kimisi olmamışdı - 18 yaşlı vingerdən unikal nəticə

"Barselona"nın vingeri Lamin Yamal unikal rekordla diqqət çəkib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu cari mövsüm top-5 liqalarda 100 birəbir keçid cəhdi ilə yadda qalan ilk futbolçu olub.

Bu keçidlərdən 96-sı uğurlu alınıb. Lamin ikinci yerdəki futbolçunu - "Mançester Siti"nin hücumçusu Jeremi Dokunu (62) böyük fərqlə qabaqlayır.

Yamal bu uğuru La Liqanın 23-cü turunda "Malyorka"nı yendikləri oyunda (3:0) reallaşdırıb. O, komandasının böyükhesablı qələbəsinə qolla da töhfə verib.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr