“Yuventus” Türkiyənin millisinin hücumçusu Kenan Yıldızla müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Sportinfo.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
“Bizim hekayəmiz davam edir. Gələcək ağ-qaradır. Kenan Yıldız 2030-cu ilə qədər”, - açıqlamada deyilir.
Kenan Yıldız bu mövsüm Torino komandasının heyətində 31 oyun keçirib. Gənc futbolçu 9 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bundan əlavə, onun performansı ona avqust, noyabr və dekabr aylarında “Yuventus”un “Ayın oyunçusu” mükafatını qazandırıb.

